HAQQIMIZDA
AZM Radİosu – mİllİ kİmlİyİn, Azərbaycan musİqİsİnİn və ədəbİ mİrasımızın səsİ!
AZM Radiosu, 2007-ci ilin noyabr ayında fəaliyyətə başlamış və 1997-ci ildə yaradılmış Azərbaycan-Online saytının uğurlu davamçısıdır. İllərdir davam edən bu fəaliyyət milli mədəniyyətimizin tanıtımı və yayılması istiqamətində ardıcıl və prinsipial addımlarla irəliləmişdir.
Məqsəd və Missiyamız
AZM Radiosunun əsas məqsədi heç bir siyasi və ideoloji axına bağlı olmadan:
- Azərbaycan türklərinin milli kimliyini, ana dilini və mədəni irsini tanıtmaq;
- Ədəbi, ictimai, siyasi və musiqi proqramlarını müstəqil və obyektiv formada təqdim etmək;
- Azərbaycan dövlətçiliyinin güclənməsinə töhfə vermək;
- Vahid milli birlik ruhunu gücləndirməkdir.
Fəaliyyət Sahələrimiz
AZM Radio:
- Canlı radio yayımı ilə dünyada yaşayan türkdilli dinləyicilərə xidmət göstərir;
- Azərbaycan musiqisi, klassik və müasir şeir və ədəbi verilişlər ilə dinləyicilərə zəngin proqramlar təqdim edir;
- Şairlərimizə və yazıçılarımıza həsr olunmuş podcast-lar hazırlayır;
- Fərqli sahələrdə – cəmiyyət, tarix, təhsil, mədəniyyət və dil sahəsində Türk dilində podkastlar yayımlayır;
- Fərqli türk ləhcələrində danışan dinləyicilər üçün də anlaşıqlı və cəlbedici məzmun hazırlayır.
Şəffaflıq və Hüquqi Qeyd
Saytımızda yerləşdirilən bütün məqalə və materiallar yalnız rəsmi və etibarlı mənbələrə əsaslanır və tanıtım məqsədi daşıyır. Kanalımızda yer alan xəbərlərə və şərhlərə görə yalnız müəlliflər məsuliyyət daşıyır.
Gələcəyə Baxış
AZM Radiosunun gündəlik inkişafı və daha geniş auditoriyaya çatması üçün dinləyicilərimizin dəstəyi və abunəçiliyi bizim üçün xüsusi əhəmiyyət daşıyır. Sizi də bu milli səsə dəstək olmağa, izləməyə və paylaşmağa dəvət edirik.
AZM Radio
Sulduz Radio